Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların say 407 979 nəfərə çatıb Hadisə

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların say 407 979 nəfərə çatıb

6 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17,495 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.