“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır Hadisə

“WhatsApp” bir sıra smartfonlarda işini dayandırır

“WhatsApp” messenceri köhnə “iPhone” modelləridə işləməyəcək.

APA xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Dəyişiklik proqramın iOS üçün son beta-versiyasında ortaya çıxıb. Belə ki, beta-versiyada iOS 9 və daha aşağı versiyalarda işləyən cihazlar üçün dəstək xidməti yoxa çıxıb. “WhatsApp”ın rəsmi resurslarında bu barədə hələlik bir məlumat yoxdur.

Hazırda messencerin “iPhone” üçün əməliyyat sistemlərinin rəsmi siyahısına iOS 9 və ya daha yeni versiyalar daxildir.

Qeyd edək ki, 1 yanvar 2021-ci ildən etibarən “WhatsApp” messenceri əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dən yuxarı versiyalara yenilənməyən bir sıra cihazlarda işini dayandırıb.