Ombudsman dövlət təzminat sisteminin yaradılmasını təklif edib Hadisə

Ombudsman dövlət təzminat sisteminin yaradılmasını təklif edib

Ombudsman dövlət təzminat sisteminin yaradılması təklifi ilə çıxış edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Ombudsman ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təzminat sisteminin yaradılması və bununla bağlı zəruri mexanizmlərin hazırlanmasını təklif edib.