Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data" Hadisə

Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"

Son üç il ərzində azalma nümayiş etdirmiş Azərbaycanın tikinti sahəsi 2021-ci ildə 9,1 faiz artacaq.

Trend bu barədə Böyük Britaniyanın "Global Data" şirkətinin hesabatına istinadən məlumat verir.

Analitiklər hesab edir ki, tikinti sektorunda növbəti 4 il ərzində 4,4 faiz artım müşahidə olunacaq:

"Azərbaycanda tikinti sahəsi neft qiymətlərinin ucuzlaşması, koronavirus pandemiyası və 44 günlük müharibənin təsirlərinə məruz qalıb. Sektorun göstəriciləri 2018-ci ildə 8,8 faiz, 2019-cu ildə 6,1 faiz, 2020-ci ildə 15,2 faiz azalıb"

"Global Data" hesab edir ki, Qarabağda tikinti sektorun artımına xidmət edəcək. Bu il regiona 1,3 milyard dollar investisiya qoyuluşu gözlənilir.