Bakıda intihara cəhdin qarşısı alınıb Hadisə

Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.