Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb Hadisə

Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb

Azərbaycanda ötən il 10 mindən çox müəllim stimullaşdırıcı tədbirlərə cəlb edilməklə kənd məktəblərində fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, keçən il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün 53,9 min elektron müraciət daxil olub. Müsabiqə nəticəsində 7,9 min müəllim işə qəbul edilib.