Könüllülər intiharlarla bağlı sorğu keçirdilər Hadisə

Könüllülər intiharlarla bağlı sorğu keçirdilər

Xəzər Rayon Gənclər və İdman İdarəsinin gənc könüllüləri Xəzər rayonu ərazisində sorğu keçiriblər. Sorğu son zamanlar gənclər arasında intihar hallarının sayının artması ilə əlaqədar həyata keçirilib. Sorğu karantin qaydalarını nəzərə alaraq onlayn və oflayn formatda anonim olmaq şərti ilə keçirilib. Sorğuda 24-50 yaş aralığını əhatə edən vətəndaşlar iştirak ediblər. Sorğu sözügedən halların əsl səbəbini araşdırmaq, vətəndaşları və xüsusən də gəncləri maariffləndirmə məqsədi daşıyıb.