Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib Hadisə

Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib, aktiv xəstə sayı 15 378 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6946, ötən müddət ərzində isə ümumilikdə 3 337 931 test aparılıb.