Müsahibədən keçə bilməyən 103 nəfər apellyasiyada qazandı Hadisə

Müsahibədən keçə bilməyən 103 nəfər apellyasiyada qazandı

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.