Azərbaycana mobil telefonların idxalı azalıb Hadisə

Azərbaycana mobil telefonların idxalı azalıb

Bu ilin aprel ayında Azərbaycana 104 493 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə idxal 43,5% azalıb.

Apreldə idxal olunan məhsulların dəyəri 15 663,7 min ABŞ dolları təşkil edib ki, bu da mart ayının göstəricisindən 43,3% azdır.

Həmçinin bildirilib ki, ümumilikdə, cari ilin yanvar-aprel aylarında ölkəyə 588 114 ədəd mobil qurğu idxal olunub. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 93,2% çoxdur. Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 90 808,3 min dollar təşkil edib ki, bu da 2020-ci ilin ilk dörd ayının göstəricisini 2,2 dəfə üstələyir.