DİN məzun və valideynlərinə müraciət edib Hadisə

DİN məzun və valideynlərinə müraciət edib

Daxili İşlər Nazirliyi məktəb məzunlarına və valideynlərə müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, valideynlər avtomobillərini sürücülük hüququ olmayan yeniyetmələrə verməsin: "Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".