Ukraynada yaşayan həmyerlimiz Fəxri Fərmanla təltif edilib Hadisə

Ukraynada yaşayan həmyerlimiz Fəxri Fərmanla təltif edilib

Ukraynanın Kremençuk şəhərində yaşayan və ictimai fəaliyyətlə aktiv məşğul olan həmyerlimiz, Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin Ukrayna üzrə Gənclər Komitəsinin sədri Əkbər Ələsgər oğlu Hüseynzadə Milli Dövlətçiliyimizin Təbliği İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilib. Bu barədə adıçəkilən ictimai birlikdən məlumat verilib.
Qeyd edək ki, Əkbər bodibuilding üzrə Poltava vilayətinin vitse çempionu olub . O, bu ölkədə diaspor quruculuğu sahəsində də aktiv fəaliyyət göstərir.