

Azərbaycan Mətbuat Şurası Milli Mətbuat Gününü kütləviinformasiya vasitələrinin Qarabağ bölgəsi üzrəəməkdaşları ilə birgə qeyd edib. Bu münasibətlə ŞuraTərtərdə Rayon İcra Hakimiyyəti ilə birgə toplantı keçirib. Toplantıda KİV-lərin 44 günlük Vətən Müharibəsininişıqlandırılmasında xidmətləri olmuş müxbir vəoperatorlarına MŞ-nin və Tərtər RİH-in diplomları təqdimedilib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətininbaşçısı Müstəqim Məmmədov açaraq bildirib ki, 44 gündavam etmiş Vətən Müharibəsi dönəmində rəhbərlik etdiyirayon başda olmaqla ümumilikdə bölgə cəbhəyəköklənmişdi, hər kəs qalibiyyət üçün əzmlə çalışmışdı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevinətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyətqoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməlifəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləviinformasiya vasitələrinin bölgə müxbirləri, eləcə dəoperatorlar xüsusi fəallıqları ilə seçilmişdilər. OnlarAzərbaycan ictimaiyyətinin dəqiq və qərəzsizinformasiyalarla təminatında müstəsna missiya yerinəyetirmişdilər. Bu missiya eyni zamanda vahid hədəfuğrunda dövlət və media əməkdaşlığı baxımındannümunə idi. M.Məmmədov çıxışında həmçinin tədbirətoplaşmış media nümayəndələrinə Milli Mətbuat Günü iləbağlı təbriklərini çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da öz növbəsində bölgələrdəki KİV əməkdaşlarını 22 iyul Milli Mətbuat Günü ilə bağlı təbrik edib, əsası dahi mütəfəkkirHəsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Ə.Amaşov bildirib ki, Şura ilk dəfədir bu əlamətdar tarixiancaq regionda qeyd edir. “Bununla 44 günlük VətənMüharibəsində jurnalistikanın, xüsusən də bölgələrdəfəaliyyət göstərən jurnalistlərimizin rolunu vurğulamaqistəyirik. Sizlərin, tədbirimizə toplaşanların son dərəcəböyük əməyi var. Bu əmək həm peşə borcuna həssasyanaşma idi, həm də vətənpərvərlik. Nə gözəl ki, siz bu ikidəyəri vəhdətdə tutdunuz, nümunə göstərdiniz”, - deyəƏ.Amaşov vurğulayıb.
MŞ sədri çıxışında həmçinin iştirakçılara rəhbərlik etdiyiqurumun Vətən Müharibəsi müddətində həyata keçirdiyifəaliyyət barədə də geniş məlumat verib. O deyib ki, müharibədə əsgər və zabit kimi döyüşmüş jurnalistlər olub. MŞ onları daim diqqətdə saxlayıb, ailələri ilə müntəzəmtəmaslar qurub. “Bu gün burada sizinləyik. Tərtərmüharibə zamanı düşmənə ləyaqətlə sinə gərənrayonlarımızdandır. Bura arxa cəbhənin bir növ mərkəzisayılırdı. Həm də ön cəbhəyə yaxınlıq baxımından. Bildiyiniz kimi, Tərtər ermənilərin atdıqları müxtəlif növraket atəşlərindən xeyli ziyan görmüşdü. Rayon ərazisinəvə mərkəzinə dəfələrlə mərmilər düşmüşdü. Mən özüm ikidəfə burada oldum. Nə qədər ağır və gərgin şəraitin hökmsürdüyünü gördüm. Eyni zamanda insanlardakı ruhyüksəkliyini də hiss etdim, duydum. Hər kəs, hər bir tərtərliPrezident, Ali Baş Komandan cənab İlham Əliyevinmüsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, özpeşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz. Təbii ki, qürurlu anların da şahidinə çevrilərək canlı tarixigözlərinizlə görüb yaratmısınız. Mətbuat Şurası TərtərRayon İcra Hakimiyyəti ilə birgə istədi ki, Milli MətbuatGünü ilə bağlı böyük əməyinizə özünün töhfəsini versin. İstədik ki, milli mətbuatımızın 146-cı ildönümü həm dəxatirinizdə müharibə dövründəki əməyinizə dəyərbaxımından yadda qalsın”, - deyə Ə.Amaşov fikrinəaydınlıq gətirib, təbriklərini çatdırıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqınınrəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədəkQarabağ müharibəsində 20-dək jurnalist şəhid olub.Bilavasitə İkinci Qarabağ Müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib. “Çox şükür ki, onların hamısı evlərinə, əzizlərinin və doğmalarının yanınasağ-salamat qayıtdı. Ümumən Vətən Müharibəsinininformasiya cəbhəsinin qurulmasında jurnalistika fəal roloynadı. Mətbuat Şurası da öz növbəsində ermənilərininformasiya təxribatları ilə bağlı beynəlxalq media ictimaiyyətini ətraflı məlumatlandırdı. Bütün bunlarqələbənin qazanılmasında mühüm rol oynadı. İlk dəfə idiki, Beynəlxalq Jurnalistlər Federasiyası, AvropaJurnalistlər Federasiyası kimi qurumlar Azərbaycanınmövqeyini əks etdirən bəyanatlarla çıxış etdilər, ermənilərin informasiya təxribatını gündəmə gətirdilər”, - deyə M.Ələsgərli vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasınınsədri Yadigar Məmmədli də Vətən Müharibəsindəmedianın daşıdığı missiyaya toxunub. O bildirib ki, zamanla bu missiyaya daha dolğun tarixi qiymətveriləcəkdir: “Bu tarixi qiymətin verilməsi son dərəcəvacibdir. Heç şübhəsiz, bu sizlərin əməyidir. Hər biriniz ənxoş sözlərə layiqsiniz. Əməyiniz danılmazdır. Buna görədə Mətbuat Şurası qərara aldı ki, 22 iyul Milli MətbuatGününü burada sizinlə qeyd etsin”.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadəçıxışında toplantı iştirakçıları olan həmkarlarına milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilətəbriklərini çatdırıb, tədbir iştirakçıları olan bölgəmüxbirlərinin əlamətdar günün sevincini yaşamağa dahaçox haqlarının çatdığını vurğulayıb.
Toplantıda 44 günlük Vətən Müharibəsi dönəmində KİV-lərin Qarabağ bölgəsi üzrə müxbirlərinin adından çıxışedən İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, “Respublika”qəzetinin bölgə müxbiri Salman Babayev və başqalarıhəmkarlarının əməyinə verilən qiymətə görə təşəkkürləriniçatdırıblar. Onlar bu ənənənin davamlı olacağınainamlarını ifadə ediblər. Onlar çıxışılarında həmçinin 44 günlük Vətən Müharibəsinin xalqımızın qəhrəmanlıqtarixində böyük önəm daşıdığını vurğulayıblar. Bu baxımdan müharibə zamanı bölgə müxbirlərinin vəoperatorlarının birgə əməklərinin məhsulu olanmaterialların toplandığını və tezliklə ictimaiyyətə təqdimediləcəyini bildiriblər.
Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən Müharibəsi zamanı peşəfəaliyyətinə həssas yanaşdığına və Azərbaycanictimaiyyətinin operativ və dəqiq informasiyalarla təminedilməsində aktiv iştirakına görə MŞ-nin və Tərtər RİH-in birgə diplomu ilə təltif ediliblər.
Toplantıda həminin Vətən Müharibəsi dönəmində qardaşTürkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləviinformasiya vasitələrinin - TRT, ATV, CNN türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri, bu media orqanlarına da diplomların təqdim ediləcəyivurğulanıb. Bundan başqa tanınmış fotojurnalist RzaDeqqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürkmüharibə həqiqətlərini peşəkarcasınaişıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər. Bu şəxslərə də mükafatlarının çatdırılacağı vurğulanıb.