Eldəniz Səlimov saxlanılıb Hadisə

Eldəniz Səlimov saxlanılıb

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimov saxlanılıb.

E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.