Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA Hadisə

Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA

Hazırda Almaniya, Belçika, Hollandiya, İspaniya kimi ölkələrdə, o cümlədən Türkiyədə kənd təsərrüfatı məhsullarına ziyan vuran virus xəstəlikləri geniş yayılmaqdadır.

Trend xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib. Onun sözlərinə görə, bu viruslar əsasən pomidor məhsulu arasında yayılsa da, badımcan, bibər, tütün kimi bitkilərə də ciddi zərər vurmaq potensialına malikdir:

"Virus birbaşa insan orqanizminə mənfi təsir göstərməsə də, kənd təsərrüfatı bitkilərinə zərər 40-80 faiz həcmindədir. Bu təsir nəticəsində məhsulların əmtəəlik görünüşü son dərəcə pozulur və onlar istehlak üçün yararsız hesab edilir. Virusun ümumiyyətlə iqtisadi zərəri çox böyük həcmlə ölçülür. Ona görə də hansı ölkədə bu virus varsa, ciddi tədbirlər görülür".