Dünya mediası azərbaycanlı rəssamdan yazır Mədəniyyət

Dünya mediası azərbaycanlı rəssamdan yazır

"Azərbaycan brendi” layihəsi çərçivəsində dünya şöhrətli rəssamlar arasında yer alan azərbaycanlı rəssam Sakit Məmmədovun müsahibəsi bir çox ölkənin internet portallarında geniş miqyasda dərc edilib

Çoxsaylı oxucu kütləsi müsahibədə Azərbaycanın Xalq rəssamı, YUNESKO və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Sakit Məmmədovun rəssamlıq haqqında fikirləri, dünyaya verdiyi mesajlarla tanış olublar: “Mən elə başa düşürəm ki, mesaj o ola bilər ki, dünyamız qorumalıyıq. Çünki tək Azərbaycan qorusaq, dünya dağılsa xəbərimizi olmayacaq. Dünya dağısa biz də onun içində dağılacağıq. Ona görə də bəşəriyyətə mesaj budur: dünyanı qoruyaq ki, bizə ruh verilən məkanı da qoruya bilək”.

Müsahibədə Sakit Məmmədov Papanın portretini çəkməsi, 2016-cı ildə İngiltərə Kraliçası ilə görüşü və ona şəkil hədiyyə etməsi haqda ətraflı danışıb: “Protokola görə 10 dəqiqə nəzərdə tutulan görüş 30 dəqiqə çəkdi. Kraliça bu əsərə təxminən 5 dəqiqə tamaşa etdi. Sonra o mənə dedi ki, bu Polo oyunudur. Mən isə cavab verdim: “Xeyir, bu Polo deyil, Çövkən oyundur və XII əsrdə Qarabağda yaranıb”. Görüşdə Xarı bülbüldən, Qarabağ atlarından, Qarabağ xalçasından və s. danışdım.

Ümumiyyətlə, əsər Kraliçanın çox xoşuna gəldi və hisslərini belə ifadə etdi: “Bu gün mənim üçün çox gözəl bir gün oldu, mən çox sevindim”. Sonra göstəriş verdi ki, əsər Vinzer Sarayından asılsın”.

Qeyd edilən müsahibə müxtəlif dillərə tərcümə olunaraq Pakistanın “Thefortress.com.pk”, Qırğızıstanın “Goldenbridgenews.com”, İsrailin “Aziznews.ru”, Misirin “Alwasela.com”, Rusiyanın “Rbgmedia.ru”, İtaliyanın “Azerbaijannews.eu”, Türkiyənin “Kha.com.tr” saytlarında dərc olunub.

Qeyd:İnsan kapitalının üzərində brendləşməyə xidmət edən "Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir.

Devizi "Azərbaycanın brendi onun insanıdır” (The Brand of Azerbaijan is a human) olan layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Müsahibəni aşağıdakı linklərdən oxumaq olar:

http://thefortress.com.pk/art-is-energy-as-long-as-there-is-a-world-living-humanity-there-will-be-art-too-sakit-mamedov/

http://www.azerbaijannews.eu/site/sakit-mamedov-larte-e-energia-finche-ce-un-mondo-vivente-umano-ci-sara-anche-larte/

http://www.goldenbridgenews.com/ru/%D1%80%D1%83%D1%81%D1%81%D0%BA%D0%B8%D0%B9-%D0%BB%D1%8E%D0%B4%D1%8F%D0%BC-%D0%BD%D0%B5%D0%BE%D0%B1%D1%85%D0%BE%D0%B4%D0%B8%D0%BC%D0%BE-%D0%B4%D0%B0%D0%B2%D0%B0%D1%82%D1%8C-%D1%80%D0%BE/

http://aziznews.ru/news/az/4073-sakit-mamedov-ya-sozdayu-obrazy-krasivyh-zhenschin-i-umnyh-muzhchin.html

http://www.rbgmedia.ru/post.php?id=6828&fbclid=IwAR0L2-rMbiRg5M1A2AP_oYxmirWX0KY9QUTvQQ23muQJC0SZ3Wato12X5zg

http://www.alwasela.com/322271?fbclid=IwAR0Rvhb-fbSBre6HE98hHHeHdCpm5OxhF7iHInIVqGe6y3YzilY_9LdRteE

http://www.kha.com.tr/insanlara-sevgiden-olusmus-eserler-armagan-etmek-gerekiyor-31512h.html

Əli