“Emmy-2019” mükafatları təqdim olunub Mədəniyyət

“Emmy-2019” mükafatları təqdim olunub

Sentyabrın 22-də gecə saatlarında Los-Ancelesdə ABŞ Televiziya Akademiyasının nüfuzlu “Emmy-2019” mükafatlarının 71-ci təqdimat mərasimi keçirilib.
İlin ən yaxşı dramatik teleserialı mükafatını bu il səkkizinci və son mövsümü başa çatmış “Taxt-Tac oyunları” alıb. Dramatik seriallarda ən yaxşı aktyorlar isə Cudi Komer və Billi Porter hesab olunublar.
Ən yaxşı mini serial nominasiyasının qalibi isə HBO yayım şirkətinin istehsalı olan məşhur “Çernobıl” filmi olub. Bu ekran əsəri mini serialların ən yaxşı rejissoru və ssenarisi mükafatlarına da layiq görülüb.
Mini seriallarda ən yaxşı aktyorlar isə Carel Cerom və Mişel Uilyams hesab ediliblər.
Ən yaxşı komediya serialı nominasiyasının qalibi “Yaramaz” filmi olub.
Komediya seriallarında ən yaxşı aktyorlar isə Fibi-Uoller-Bric və Bill Heyder hesab olunublar.