Amerikalı musiqiçi Adam Şlezinger koronavirusdan ölüb Mədəniyyət

Amerikalı musiqiçi Adam Şlezinger koronavirusdan ölüb

Amerikalı bəstəkar, üç “Emmy” mükafatının sahibi Adam Şlezinger 52 yaşında koronavirus infeksiyasından ölüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Variety" nəşri məlumat yayıb.
Şlezinger Nyu-Yorkdakı xəstəxanada müalicə alırdı. Musiqiçi çərşənbə günü səhər dünyasını dəyişib.
O, “Emmy” mükafatlarında başqa, “Ən yaxşı yeni artist” nominasiyası üzrə “Grammy” mükafatına da layiq görülüb. 1997-ci ildə isə “Nə edirsən” filmindəki kompozisiyasına görə “Oscar” və “Qızıl Qlobus” mükafatçısı olub.
Qeyd edək ki, musiqiçi “Fountains Of Wayne” və “Ivy” rok qrupunun yaradıcısı idi.