Kamran Yunislə virtual görüş Mədəniyyət

Kamran Yunislə virtual görüş

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Laçın rayonunun işğalının anım günü ilə əlaqədar “Vətən adlı yaram sağalmır” mövzusu ilə tanınmış kino-aktyor, bədii qiraət ustası Kamran Yunislə virtual görüş keçirib.
İdarədən bildirilib ki, görüşdə dəyərli sənətkar vətənimizin müqəddəsliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin ruhuna dərin ehtiramını bildirərək düşmən işğalında olan Qarabağımız və ayrı-ayrılıqda itirilmiş Vətən torpaqlarımızdan kədər hissi ilə söhbəti açıb. Vətəni hər kəsin göz bəbəyi kimi qorumağın vacibliyini sözdə yox, qəlbən və əməldə olmasını qeyd edib. Eyni zamanda, kino-aktyor, bədii qiraət ustası Kamran Yunis Vətən haqqında bir çox şeirlər səsləndirib, “Vətən səndən keçmək olmur” adlı şeiri peşəkar qiraətçinin ifasında obrazlı çalarları ilə qəlbləri bir daha riqqətə gətirib.