Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur Mədəniyyət

Nazir müavini: Bərpa olunası abidələrimiz çoxdur

Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirməliyik. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, TİKA ilə bizim artıq ilkin görüşlərimiz olub: “Onların bu sahədə maliyyə və təcrübələri var. Özəl sektoru bura cəlb etmək üçün güzəştlərin edilməsi üzərində işləməliyik”.

Nazir müavini əlavə edib ki, bərpa olunası abidələrimiz çoxdur: “Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsilə ilə reallaşdıra bilmərik”.