Nazir müavini: İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir Mədəniyyət

Nazir müavini: İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir

Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi hər zaman bizim gündəmimizdədir.

Bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, biz bununla bağlı məsələlər beynəlxalq səviyyədə də qaldırılmalıdır: “Bu məsələdə həmrəylik nümayiş etdirərək səsimizi daha da ucaltmalıyıq. Bununla bağlı hansısa bir fəaliyyət planının olması barədə də fikirləşə bilərik”.