Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb Mədəniyyət

Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanıb.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilib.
Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib. Müraciətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın qədim memarlıq abidələrini, mədəniyyətimizin ən yüksək nümunələrinin saxtalaşdırıldığı və məhv edildiyinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi ifadə edilərək, belə bir həssas zamanda mənfur düşmənin dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi apardığı diqqətə çatdırılır. Qeyd olunur ki, ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxaraq, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.
Müraciətdə daha sonra deyilir:
- Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq.
Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır.
Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir.
Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!
Biz birlikdə güclüyük! Zəfər bizimlədir!
Müraciəti Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor, Əməkdar memar Elbay Qasımzadə, Əməkdar memar Rasim Əliyev, memarlıq doktoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova,
memarlıq üzrə fəlsəfə doktoru Rizvan Bayramov, Əməkdar memar
Rasim Babakişiyev, Əməkdar memar Nəriman İmaməliyev, Əməkdar memar Nazim Vəliyev, əməkdar memar Kamal Musaxanov, əməkdar memar Famil Ağayev, əməkdar memar Faik Yuzbaşev, əmıkdar memar Afiz Əmirxanov, Əlibəy Novruzi, Əməkdar ali məktəb işçisi, memarlıq üzrə fəlsəfə doktoru, professor Ramiz Əbdülrəhimov, Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Zahidə Məmmədova, Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, professor Elkin Ələsgərov, Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Xəlil Cəfərov, memar, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, memarlıq üzrə fəlsəfə doktoru, professor, AMEA-nın müxbir üzvü Ertəkin Salamzadə, “Azərbaycanın İşqal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İB-nin sədri Faiq İsmayılov,
Xalq artisti, rəqqasə Afaq Məlikova, Xalq artisti, rəqqasə Təranə Muradova,
Xalq artisti, rəqqas Rüfət Xəlilzadə, Xalq artisti, rəqqasə Roza Cəlilova, Xalq artisti, rəqqas Yusif Qasımov, Xalq artisti, xormeyster Gülbacı İmanova, Xalq artisti, dirijor Ağaverdi Paşayev, Xalq artisti, rejissor
Firidun Məhərrəmov, Xalq artisti, aktrisa, Ayan Mirqasımova, Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov, Xalq artisti, tarzən Möhlət Müslümov,
Xalq artisti, kamança ifaçısı Ağacəbrayıl Abbasaliyev, Xalq artisti, tarzən
Zamiq Əliyev, Xalq artisti, tarzən Ağasəlim Abdullayev, Xalq artisti, tarzən Firuz Əliyev, Xalq artisti, tarzən Vamiq Məmmədəliyev, Xalq artisti, tar ifaçısı Ceyran Haşımova, Xalq artisti, bəstəkar Eldar Mansurov, Xalq artisti, dirijor Cavanşir Cəfərov, Xalq artisti, müğənni İlqar Muradov, Xalq artisti, müğənni Cavan Zeynallı, Xalq artisti, xormeyster Elnarə Kərimova, Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov, Xalq artisti, qaboy ifaçısı Kamil Cəlilov, Xalq artisti, rejissor, aktyor Cahangir Novruzov, Xalq artisti, müğənni Sərxan Sərxan (Qurbanbəyov), Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Xalq artisti, pianoçu Yeganə Axundova, Xalq artisti, bəstəkar Azər Dadaşov, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Xalq artisti, nağara ifaçısı Natiq Şirinov, Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov, Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov, Xalq artisti, ud ifaçısı Mircavad Cəfərov, Xalq artisti, kamança ifaçısı Şəfiqə Eyvazova, Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev, Xalq artisti, kamança ifaçısı Munis Şərifov, Xalq artisti, bəstəkar Vasif Allahverdiyev və digərləri imzalayıblar.