Vətən müharibəsi memorial kompleksinin harada yerləşməsi ilə bağlı təkliflər var - Nazirlik Mədəniyyət

Vətən müharibəsi memorial kompleksinin harada yerləşməsi ilə bağlı təkliflər var - Nazirlik

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin harada yerləşəcəyi ilə bağlı bir neçə təklif mövcuddur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bununla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək:

"Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ müəyyənləşməyib, lakin məkanla bağlı bir neçə təklif mövcuddur. Bu təkliflər Sərəncamda qeyd olunan müddət ərzində Nazirlər Kabinetinə təqdim ediləcəkdir".

Xatırladaq ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması, bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır.