Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
Şuşanın Azərbaycanın mədəni paytaxtı elan edilməsi ilə əlaqədar Trend oxuculara qədim şəhərdə sənətkarlıq barədə material təqdim edir.
Qarabağ xanı Pənahəli xan Cavanşir Şuşanın əsasını qoyduqdan sonar buraya Şahbulaqdan və xanlığın digər kəndlərindən çoxsaylı sənətkarları, o cümlədən silah ustaları, dəmirçilər, xalçaçılar və digər ustaları dəvət edib. Onlara Şuşada işləmək üçşün bütün şərait yaradılıb.
Şuşada sənətkarlar şəhərin ən zəngin sakinləri hesab olunurdu, onlar şəhərin ən gözəl hissələrində, ən yaxşı evlərdə yaşayırdı və vaxt keçdikdə tacirlərlə birgə şəhər əhalisinin yarısını təşkil edirdi.
İbrahimxəlil xan və Mehdiqulu xanın hakimiyyəti dövründə Şuşa iri sənətkarlıq və ticarət mərkəzinə, Qafqaz, Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya və digər ölkələrdən idxal, eləcə idxal üçün iri bazaya çevrilib.
Şuşa sənətkarlarının məmulatları çox məşhur idi, onları əldə etmək üçün bir çox ölkələrdən tacirlər gəlirdi. Məhsula tələbat şəhərdə ustaların, usta köməkçilərinin, kiçik müəssisələrin, sənətkarlıq sexlərinin çoxalmasına və keyfiyyətin yüksəlməsinə səbəb olurdu.
Statistikaya əsasən, 20-ci əsrin əvvəlində Şuşada 870 emalatxana, 2 minə yaxın dükan var idi. 1830-cu ildə Şuşada 200 tacir ailəsi, 266 sənətkar yaşayırdı. 1897-ci ildə 1 416 tacir, 2 738 sənətkar qeydiyyata alınmışdı. Sənətkarların sayı 10 dəfə, tacirlərin sayı 7,5 dəfə artmışdı.
Demək olar ki, bütün ailələrdə tikiş, xalçaçılıq və toxuculuq dəzgahları var idi. Bir ailənin yun və ipək məmulatlarda tələbatı ailə üzvləri tərəfindən ödənilirdi. Evdə rəngkarlıq, dəri emalı, sabun bişirmə işləri həyata keçirilir. Burada həm də xırda dülgərlik işləri də görülürdü. Mis qab-qacaq, zərgərlik məmulatları, ayaqqabı, üst geyimləri, xalçalar və bəzən silahlar müştərinin sifarişi əsasında hazırlanırdı. Vaxt keçdikcə bacarıqlı ev ustaları peşəkar sənətkara çevrilirdi.
Şuşa sənətkarları şəhərin sıx məskunlaşmış məhəllələrində, xüsusən də Rasta bazar və Aşağı bazarda işləyirdi. Adətən, bi r sahənin sənətkarları yeni küçədə və ya məhəlləsdə yaşayırdı. Məsələn, dəmirçilər Şeytan bazarda, şirniyyatçılar Rasta bazarda, zərgərlər İrəvan küçəsində yaşayırdı. Bəzi emalatxanalar karvansaralarda yerləşirdi. Şəhərin ən yaxşı karvansarası hesab olunan Mirsahib oğlu Məşədi Şükürün karvansarasında 30-a yaxın dükan var idi.
Bir sahənin sənətkarları həmkarlar birliyində birləşirdi, bu birliklərə ustabaşı rəhbərlik edirdi. Onlar üzvlərin hüquqlarını qoruyur, bu və ya digər sənətkara usta, ustad adları verirdi. Qədim Şuşada sənət növlərinin böyük əksəriyyəti nəsildən nəslə ötürülürdü.
Müştərilər lazım olan məhsulu sifariş vermək Şuşanın hanıs hissəsinə getmək lazım olduğunu yaxşı bilirdi. Sənətkarların əksəriyyəti məhsulları sifarişlə istehsal edirdi. Onların işi üçün ya pulla, ya da ərzaq məhsulları ilə ödəniş edilirdi.
Bədii sənət növləri – xalçaçılıq və naxışçəkmə, zərgərlik sənəti və rəsm xüsusi əhəmiyyət kəsb edirdi. Bu sahələr üzrə sənətkarlar təkcə Şuşad yox, bütün Azərbaycanda tanınırdı.
Şuşa xalçaçılıq sənətinin əsas mərkəzlərindən olub. Dünya bazarında Şuşa xalçaları “Qarabağ xalçaları” kimi tanınıb. 19-cu ərin 80-90-cı illərində Şuşada xalçaçılıq məhsulların həcmi və keyfiyyətinə görə birinci yeri tuturdu. Xalça məmulatları arasında lifsiz xalçalar, cecim, xurcun, çuval, məfrəş kimi məmulatlara böyük tələbat var idi. Xalçaların keyfiyyəti və rəqabətqabiliyyətliliyi əsasən rənglərin saflığı və dayanıqlığı ilə müəyyən olunurdu. Şuşada bununla əlaqədar çoxlu sayda rəngləmə emalatxanaları mövcud idi.
19-cu əsrin sonunda Şuşada zərgərlik sənəti inkişafının zirvəsinə çatmışdı. Əgər 1800-cü ildə şəhərdə 7 zərgər var idisə, 100 il sonra onların sayı 78-ə çatmışdı. Yerli ustalar dünyanın ən yaxşı zərgərlərindən hesab olunurdu. Xaricdə Şuşa ustalarının hazırladığı zərgərlik məmulatları yüksək qiymətləndirilirdi. Yerli əhali arasında gümüş və qızıldan toqqalar, həm sadə, həm də bəzədilmiş üzüklər məşhur idi. Şuşanın zərgərlik məmulatlarının hətta kasıb ailələr toy günü gəlinlərə hədiyyə edirdi.
Şuşada əl işi də geniş yayılmışdə. Nənələr, analar öz qızlarını bu sənətə öyrədirdi. Hər bir qız özünə cehiz, gələcək nişanlısı üçün gündəlik məişət əşyaları, pul, daraq, tütün, Quran üçün qablar, süfrə və pərdələr tikirdi. Tikiş üçün yun və ipək parçalardan, Rusiya və Avropadan gətirilmiş qızıl və gümüş saplardan istifadə olunurdu. Naxış üzərində müxtəlif güllərdən ornamentlər, quş və heyvan şəkilləri təsvir olunurdu.
Şəhərdə papaqçılıq, çəkməçilik, dərzilik və digər sənətlər yüksək səviyyədə inkişaf etmişdi. Dəri istehsalı vacib yer tuturdu. Camış, öküz, inək dərilərindən ayaqqabı, qoyun dərisindən papaq və kürk hazırlanırdı. Şıq papaqların hazırlanması üçün Buxara və Şirazdan dəri gətirilirdi.
Şuşa sənətkarları metal və taxtadan qab-qacaq və yəhər, qızıl və gümüşdən məişət əşyaları hazırlayırdı. Məişət qablarının əksəriyyəti qırmızı misdən hazırlanırdı. Qabların üzərinə bitki ornamentləri və səhnəciklər çəkilirdi. Bu cür qablar sənət əsəri hesab olunurdu və bu sənət nəsildən nəslə ötürülürdü.
Ən qədim sənətlərdən biri dulusçuluq hesab olunurdu. Su, şərab, süd və yağ saxlamaq üçün sadə gil qablar sakinlər arasında çox məşhur idi. Gildən, həmçinin ucuz çıraqlar hazırlanırdı.
Zaman keçdikcə məhsullar təkcə sifarişlə deyil, həm də bazara çıxarmaq üçün hazırlanırdı. Kiçik kustar müəssisələr fabriklərə çevrilirdi. Əsrin sonunadək Şuşada 20-yə yaxın fabrik var idi.