Xanım İsmayılqızı yeni kitabından danışdı Mədəniyyət

Xanım İsmayılqızı yeni kitabından danışdı

Tanınmış şairə Xanım İsmayılqızının “Adı olmayan fəsil” adlı yeni kitabı çap olunub.

Bu barədə Kulis.az -a danışan müəllif bildirib ki, kitab yubileyi münasibəti ilə çap edilib.

“Kitab 4 hissədən ibarətdi: şeirlərim, nəğmələrim, haqqımda yazılan bəzi məqalələr və verdiyim müsahibələrdən bəziləri. Kitabda yer alan şeirlərin əksəriyyəti, təxminən 80 faizi yeni şeirlərdi, kiçik bir qismi isə əvvəlki kitablarımdan seçmələrdir. Yəni bu kitabı oxuyanlar mənim haqqımda ətraflı məlumata sahib olacaqlar”.