Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək İqtisadiyyat

Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək

“Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBIF) dünyanın aparıcı iqtisadi qurumları arasında dialoqun əsas platformalarından birinə çevrilib

Ötən il forumda 143 ölkədən 17 min nümayəndə iştirak etdi və əsas proqram çərçivəsində 150-dən çox biznes fəaliyyəti baş tutdu. Nəticələr göz qabağındadır: SPBİF-da ümumi məbləği 2,625 trilyon rubl olan 593 müqavilə imzalanıb”. Bu fikri "Biznes-Dialoq Media" nəşriyyat və kommunikasiya qrupunun baş direktorunun Azərbaycan üzrə müşaviri Səadət Qarayeva SPBİF-ın perispektivləri haqda danışarkən bildirib.

Səadət Qarayeva 2019-cu ilin iyun ayında keçiriləcək SPBİF-da sahələrində Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayır. Onun fikrincə, forumda nümayəndə heyətinin iştirakı ölkənin iqtisadiyyatına böyük fayda gətirəcəkdir. "2019-cu ildə Azərbaycanın iştirakı Rusiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlavə imkanlar yaradacağına ümid edirik", - o deyib.

Səadət Qarayeva, həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Avropanın sanksiyalarının şərtlərinə baxmayaraq, forum ildən-ilə güclənir: "Sanksiyalar bir siyasətdir, forum isə iqtisadiyyatın inkişafı və əməkdaşlığı inkişaf etdirmək üçün yollar axtarmağa imkan verir. Bu elə bir geniş və potensiallı platformadır ki, gələcəkdə bundan daha çox faydalanmaq olar, daha fəal iştirak etmək olar. Bununla da daha yeni əlaqələr və iqtisadi layihələrin əsasını qoymaq olar. Burada iqtisadi meydanlar, panellər var. Hər panel üçün mütəxəssislər göndərmək olar və konkret sahələri müzakirə etmək mümkündür. Foruma Rusiyada son nailiyyətləri olan qabaqcıl insanları cəlb etmək olar”.

Əli