İlin əvvəlindən 463 sahibkara 46 milyon manat güzəştli kredit verilib - Nazir müavini İqtisadiyyat

İlin əvvəlindən 463 sahibkara 46 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Bu ilin əvvəlindən bəri 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib.
Bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, həmin investisiya layihələrin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan yaradır.
Sahib Məmmədov, həmçinin qeyd edib ki, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafı üçün 781 min manat güzəştli kredit verilib.