Oktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert İqtisadiyyat

Oktyabrın 1-dən onların pensiyası artacaq - Ekspert

Oktyabrın 1-dən pensiyalara edilən artım yalnız əmək pensiyası 200 manatdan az olanlara şamil olunur.
Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu pensiyaların artımından kimlərin bəhrələnəcəyi barədə danışarkən deyib.
İqtisadçı bildirib ki, oktyabrın 1-dən minimum pensiyanın 200 manat təyin olunması hazırda bu məbləğdən az olan təqaüdlərin həmin səviyyəyə çatdırılması deməkdir. Bu qərarın aylıq təqaüdləri 200 manatdan yuxarı olan pensiyaçılara heç bir aidiyyəti olmayacaq:
“Odur ki, bütün pensiyalarda artım gözlənilmir. Artım yalnız əmək pensiyası 200 manatdan az olanlara şamil olunur. Bu artım əmək pensiyalarından savayı, digər pensiya növlərinə şamil olunmayacaq.
Bütün pensiyalarda artım gələn ilin yanvar ayından tətbiq olunacaq indeksləşdirmə əmsalı üzrə aparılacaq”.