Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib İqtisadiyyat

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Son illər ərzində Azərbaycanla Çin arasında ticari-iqtisadi münasibətlərdə müsbət inkişaf dinamikası müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Ticarət-Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Bakıda İpək Yolu ölkələrinin məhsullarının beşinci sərgisinin açılış mərasimində deyib.
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir:
“Çindən məhsul idxalı 40 faiz artıb. Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticari-iqtisadi tərəfdaşı hesab olunur. Azərbaycan tarixi İpək yolu üzərində yerləşən vacib beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin daşınması üçün ən qısa nəqliyyat marşrutu rolunu oynayır”.