1,6 milyard dollarlıq təbii qaz ixrac olunub İqtisadiyyat

1,6 milyard dollarlıq təbii qaz ixrac olunub

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 8 ayda ölkədən 7 milyard 752 milyon kubmetr təbii qaz ixrac olunub. Yanvar-avqust aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 610 milyon 842 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
SOCAR 2019-cu ilin üçüncü rübündə 21 milyon tona yaxın neft, 1,82 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb. SOCAR-dan verilən məlumata görə, hesabat dövründə şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 373 min metrdən artıq olub.
Ümumiyyətlə 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz tədarük edilib. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.
Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,99 milyon m3 qaz ixrac olunub. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,710 milyard kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,211 milyard kubmetrdən, SOCAR üzrə isə 1,112 milyard kubmetrdən artıq qaz ixrac olunub. Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,513 milyon ton təşkil edib. Şirkət eyni zamanda Azərbaycandan 53214 min ton həcmində neft və neft-kimya məhsulları ixrac edib.