Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb İqtisadiyyat

Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin yanvarı ilə müqayisədə 119,03 faiz artıb və 10,892 milyon dollar təşkil edib.
Bu barədə Türkiyənin Ticarət Nazirliyindən bidiriblər.
Qeyd edək ki, 2020-ci ilin yanvarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2,402 milyard dollara bərabər olub. Yanvar ayında avtomobil ixracı Türkiyədə ümumi ixracın 16,38 faizini təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Türkiyədən avtomobil ixracı 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz artıb və 2,544 milyon dollar və ya ümumi ixracın 16,5 faizini təşkil edib.
2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib.