744 obyektdə sanitar qaydalar pozulub İqtisadiyyat

744 obyektdə sanitar qaydalar pozulub

Mayın 22-dən 30-dək 1592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2459 tələblərin pozulması halı qeyd alınıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlik fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.
Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarından, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb. Monitorinqlər davam edir.