Neftinin qiyməti 40 dolları ötdü İqtisadiyyat

Neftinin qiyməti 40 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 2-də 40,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,34 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 37,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,06 dollar/barel çoxdur.