Energetika naziri: Cənub Qaz Dəhlizi ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara veriləcək İqtisadiyyat

Energetika naziri: Cənub Qaz Dəhlizi ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara veriləcək

Cənub Qaz Dəhlizinin cari ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara verilməsi planlaşdırılır.
Bu fikirləri Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransda çıxış edərkən səsləndirib.
P.Şahbazov Azərbaycanın enerji ölkəsi kimi hazırkı mövqeyini müstəqillik illərində ümummilli lider Heydər Əliyevin qətiyyətli iradəsinin məhsulu olan neft strategiyasının nailiyyətləri əlaqələndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin enerji layihələri ilə qitələrarası inteqrasiya və enerji təhlükəsizliyinə, rifaha, dövlətlər arasında qarşılıqlı faydalılıq prinsipinə əsaslanmış əməkdaşlıq mühitinə töhfələr verdiyini bildirib.
Nazir belə bir siyasətin töhfəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: “Cənub Qaz Dəhlizinin Avropaya qazın çatdırılmasını təmin edən sonuncu seqmenti - TAP üzrə işlər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, başa çatır. Cənub Qaz Dəhlizinin cari ilin sonuna kimi - enerji sektorunun ağır dövründə tam istismara verilməsi planlaşdırılır. Cənub Qaz Dəhlizi ölkəmizin qaz sektorunun inkişafına və qaz istehsalının artması ilə sənaye müəssisələrinin yaranmasına təkan verən və davamlı inkişafı təmin edən layihədir. Ölkədə qaz hasilatının bu il 38,2 milyard kubmetrə, 2022-ci ildə isə 44,5 milayrd kubmetrə çatması gözlənilir”.