Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü 32,8 mln. kubmetr təşkil edib İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü 32,8 mln. kubmetr təşkil edib

Bu ilin ilk 6 ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 32,8 mln. kubmetr olub.

BP-dən verilən məlumata görə, bu ilin birinci yarısında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 mln. dollar əməliyyat xərcləri və təqribən 5 mln. dollar əsaslı xərclər sərf edilib.