Gürcüstanın builki avtomobil ixracının 60%-i Azərbaycanın payına düşüb İqtisadiyyat

Gürcüstanın builki avtomobil ixracının 60%-i Azərbaycanın payına düşüb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 156 155,9 min dollar dəyərində avtomobil ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8 587,4 min dollar və ya 5,5% çoxdur. Belə ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində isə Gürcüstan Azərbaycana 147 568,5 min dollar dəyərində avtomobil ixrac edib.

Bu ilin ilk 8 ayında Gürcüstanın avtomobil ixracının 60,04%-i Azərbaycanın payına düşüb.

Qeyd edək ki, Gürcüstan bu il 260 073,5 min dollar dəyərində avtomobil ixrac edib. Bu, illik ifadədə 37,2% azdır. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 12,6%-nə bərabər olub.