Azərbaycanın MDB ölkələrinə ixracı yanvar-sentyabrda 12,3% artıb İqtisadiyyat

Azərbaycanın MDB ölkələrinə ixracı yanvar-sentyabrda 12,3% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% azalaraq 2 946 743,6 min ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 105 027,96 min dollar və ya 12,3% artaraq 958 364,87 min dollar, idxal isə 438 492,18 min. dollar və ya 18,1% azalaraq 1 988 378,76 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1 030 013,9 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 543 520,14 min dollar və ya 34,5% azdır.