Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO İqtisadiyyat

Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.

Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.