Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 6,4% azalıb İqtisadiyyat

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 6,4% azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 6,4% azalaraq cari il sentyabrın 30-na 30 619 mln. manat təşkil edib. Son bir ildə bankların aktivləri 2,4% azalıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bankın hesabatına əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 2,7% azalaraq 14 497 mln. manata enib. Son bir ildə isə bu göstərici 4,5% artıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 7,6% azalaraq cari il sentyabrın 30-na 25 994,6 mln. manat təşkil edib. Öhdəliklərin 19 377,4 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 7716 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

AMB-nin banklara qarşı tələbləri ilin əvvəlindən 18% artaraq 384,8 mln. manata çatıb.

Məlumata əsasən, cari il sentyabrın 30-na bank sektorunun cəmi kapitalı 4 624,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,9% çoxdur.