Vergi Məcəlləsində dəyişiklik edilib İqtisadiyyat

Vergi Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

“102.3. I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.”.

102.4.4-cü maddə isə ləğv edilir.