Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb İqtisadiyyat

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,01 faiz artaraq 38,902 milyon dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 34,57 faiz artıb və 5,756 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq 13,976 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 10,3 faizini təşkil edib.

Son 12 ay ərzində (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 16,839 milyard dollar məbləğində hazır geyim ixrac edib.