Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,58% – 29,872.47 bəndədək, S&P 500 indeksi 0,16% – 3,629.65 bəndədək enib, Nasdaq indeksi isə 0,48% – 12,094.40 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,64% – 6,391.09 bəndədək, Almaniya DAX indeksi 0,02% – 13,289.80 bəndədək enib, Fransa CAC-40 indeksi isə 0,23% – 5,571.29 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,48% artaraq 1 812,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,3% artaraq 1,1921 dollar təşkil edib.