Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib İqtisadiyyat

Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib

2020-ci ildə trans-milli siqaret şirkətləri ilə əməkdaşlıq məqsədilə Azərbaycan tütün nümunələri Braziliya və Almaniyada dünyanın aparıcı laboratoriyalarına göndərilib.

Bunu “Azərbaycan Sənaye Korporasiyası”nın istehsal və əməliyyat departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, “Azərtütün ASK” MMC Beynəlxalq Tütünçülər Assosiasiyasının üzvüdür. Bu təşkilata 23 ölkə daxildir:

“2021-ci ildə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi hesabına tütün istehsalını 30 faizədək artırmaq planlaşdırılır. Bu il istehsal əkin sahələrinin genişləndirilməsi hesabına artırıldı, gələn il isə bu, aqrotexniki tədbirlər hesabına mümkün olacaq ”