İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi İqtisadiyyat

İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi

İsveçrə enerji sahəsində Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində potensial görür.

Bunu Trend-ə İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

Qeyd olunub ki, ilk növbədə bu, enerji səmərəliliyinə və bərpa olunan enerji mənbələrinə aiddir:

“Biz həm də “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyirik, çünki bu layihə enerji təhlükəsizliyi və şaxələndirməyə xidmət edir”.

Katiblikdən bildiriblər ki, beynəlxalq əməkdaşlıq çərçivəsində qurum Azərbaycanda makroiqtisadi sabitliyi və özəl sektorun inkişafını dəstəkləyir, bununla da iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməyə və pandemiyanın təsirinin yumşaldılmasına töhfə verir:

“İsveçrənin dəstəyi milli sistemlərin möhkəmlənməsinə və kənd təsərrüfatı sektorunda maliyyə mənbələrinin əlçatanlığının genişlənməsinə yönəlib. Məqsədlərdən biri bərabərsizliyin azaldılmasına kömək göstərmək, şaxələndirilmiş və dayanıqlı iqtisadi inkişafı stimullaşdırmaqdır”.