Azərbaycandan 100 min ton pambıq lifi, 9 min ton pambıq ipliyi ixrac olunub İqtisadiyyat

Azərbaycandan 100 min ton pambıq lifi, 9 min ton pambıq ipliyi ixrac olunub

Ötən il Azərbaycandan 100,4 min ton pambıq lifi və 9 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 133,2 milyon, pambıq ipliyinin dəyəri isə 18,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ildə ölkədən 123,9 milyon dollarlıq 89,7 min ton pambıq lifi, 30,1 milyon dollarlıq 12,8 min ton pambıq ipliyi ixrac edilib.