İlin əvvəlindən Ceyhan terminalından 15 milyon bareldən çox AÇG nefti yola salınıb İqtisadiyyat

İlin əvvəlindən Ceyhan terminalından 15 milyon bareldən çox AÇG nefti yola salınıb

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,586 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 679 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 20 AÇG nefti daşıyan tanker və ya 15,1 milyon barelə yaxın neft yola salınıb.