"S&P": Azərbaycanda bankların iqtisadiyyata tələbi ötən il ÜDM-in 23%-nə çatıb İqtisadiyyat

"S&P": Azərbaycanda bankların iqtisadiyyata tələbi ötən il ÜDM-in 23%-nə çatıb

"S&P Global Ratings" agentliyinin ilkin məlumatlarına əsasən, Azərbaycanda kommersiya banklarının iqtisadiyyata tələbi 2020-ci ildə ÜDM-in 22,7%-ni təşkil edib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "S&P" bu il sözügedən göstəricinin ÜDM-in 21,6%-nə qədər azalacağını, 2022-ci, 2023-cü və 2024-cü illərdə isə müvafiq olaraq 21,3%-ni, 20,7%-ni və 20,7%-ni təşkil edəcəyini proqnozlaşdırır.

Faktiki göstəricilərə gəldikdə, bu ilin dekabrın 1-nə ölkədə kommersiya banklarının iqtisadiyyata tələbi 15 140,6 mln. manat və ya ÜDM-in 23,4%-nə bərabər olub. 2019-cu ilin yekunlarına görə, sözügedən göstərici ÜDM-in 18,4%-nə bərabər idi.