Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,11% – 30,924.14 bəndədək, S&P 500 indeksi 1,34% – 3,768.47 bəndədək, Nasdaq indeksi isə 2,11% – 12,723.47 bəndədək enib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında martın 4-də FTSE 100 indeksi 0,37% – 6,650.88 bəndədək, Almaniyanın DAX indeksi 0,17% – 14,056.34 bəndədək enib, Fransanın CAC-40 indeksi isə 0,01% – 5,830.65 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,84% artaraq 1 719,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,23 artaraq 1,1999 dollar təşkil edib.