

25 Fevral 20:53
25 Fevral 18:24
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı proqnozunu yüksəldib.
Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2021-ci il üçün Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,83 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 120 min barel çoxdur.
Qeyd edilir ki, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,71 mln. barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 110 min barel azdır.