Azərbaycanın daha 7 müəssisəsinə Rusiyaya pomidor ixrac etməyə icazə verilib İqtisadiyyat

Azərbaycanın daha 7 müəssisəsinə Rusiyaya pomidor ixrac etməyə icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) aprelin 13-dən etibarən Azərbaycanın daha 7 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

"APA-Economics"in "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 96 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.